Dünya

İraq BMT missiyasının rüşvətxorluqda iştirakını araşdırır

İraqın Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Komissiyası “An-Nazah” BMT-nin ölkədəki Missiyasının əməkdaşlarına qarşı korrupsiya iddiaları ilə bağlı araşdırmaya başladığını elan edib.

Aznewstvnın məlumatına görə, bu barədə komissiyanın feysbukdakı səhifəsində yayılmış məlumatda deyilir.

Qeyd edilir ki, federal komissiya Birləşmiş Millətlər Təşkilatının İraqdakı missiyası ilə bağlı Britaniya mətbuatında irəli sürülən korrupsiya iddialarını nəzərdən keçirmək və araşdırmaq üçün prosedurlara başlayıb.

Komissiyanın yaratdığı qrup Britaniyanın “The Guardian” qəzetində dərc olunmuş məqalədə yer alan və müəllifin Missiya işçilərinin İraq podratçılarından rüşvət almaqda iştirakını iddia etdiyi məlumatla bağlı yoxlama aparır.

Əlavə edilir ki, istintaq qrupunun nümayəndələri BMT-nin İraqdakı missiyasının əməkdaşlarının korrupsiya işlərində iştirakına dair sübut əldə etmək üçün məqalə müəllifləri ilə əlaqə saxlamağa hazırlaşır.

Related Articles

Bir cavab yazın

Back to top button