Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

Ədən limanında İrandan husilərə göndərilən hərbi texnika müsadirə edildi

Yəmənin cənubunda, Ədən şəhərinin təhlükəsizlik qüvvələri İrandan husilərə göndərilən 2500 ton hərbi texnikanın olduğu 58 konteyneri müsadirə edib. “Sky News Arabia” telekanalının məlumatına görə, bu konteynerlər “Ənsar Allah” (husilər) qruplaşması üçün nəzərdə tutulmuşdu.

Müsadirə edilən avadanlıqlar arasında raket buraxılış qurğuları, pilotsuz uçuş aparatları və onların istehsal müəssisələri, habelə, raket mühərrikləri və siqnalların ələ keçirilməsi üçün xüsusi avadanlıqlar var.

Yəmənin təhlükəsizlik rəsmiləri bu əməliyyatı “böyük təhlükəsizlik uğuru və husilərə ağır zərbə” adlandırıb. Dünya xəbərlərini fars dilində işıqlandıran “Mehtab News” saytı da bununla bağlı “X” hesabında paylaşım edərək konteynerlərin ələ keçirildiyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button