Xuzistan əyalətinin Fövqəladə Hallar İşçi Qrupunun verdiyi məlumata görə, bütün banklar, Universitetlət, məktəblər və başqa iş yerlərinin tətil olunmasına qərar verilib.
Qrupun deyidiynə görə, əyalət mərkəzi Əhvaz şəhərində havanın çirkliliyi normadan 25, Şuş şəhərində isə normadan 27 dəfə çoxdur.
Mayın 2-də İraqdan qaynaqlanan qum fırtınası və toz səbəbindən Xuzistanda bir sıra reyslər ləğv edilib, bir çox insan isə tənəffüs problemlərinə görə xəstəxanalara aparılıb.
Rəsmilər daha böyük toz fırtınalarının İraqdan İranın qərbinə doğru hərəkət etdiyini deyirlər.
Bununla yanaşı ekoloqlar Xuzistan əyalətində yenidən quraqlığın və ciddi su çatışmazlığının baş verəcəyi barədə xəbərdarlıq ediblər.
Xuzistanın Kərxə və Qərb Su Hövzələri İdarəsinin başçısı Şapur Rəcayi hal-hazırda ən böyük su bəndi olan Kərxə bəndində suyun tükəndiyini və yenidən böhranının başlandığını deyib.
Qeyd edək ki, 2021-ci ilin iyul ayında su qıtlığı səbəbindən Xuzistan əyalətində kütləvi etiraz aksiyaları keçirilib.
Əyalətin əksər şəhərlərində keçirilən aksiyalar zamanı rəsmi məlumatlara görə 8 nəfər hökumət məmurları tərəfindən öldürülüb, yüzlərlə insan həbs edilib.