Dünyaİran

Rusiya sərmayəsini İrandan İraqa köçürür

İranla Rusiya arasında nef və neft sənayesi sahəsində bağlanan 120 milyard dollarlıq müqavilə demək olar ki icrasız qalıb və bu baş tutmayacaq.

Bu barədə İranın “Həm mihən” qəzeti məlumat yayıb.

Qəzet, Neft Kəşfiyyatı və Hasilatı Şirkətləri Assosiasiyasının baş katibi Elina Baqiri ilə müsahibəsində bu barədə geniş yazı dərc edib.

Bildirilib ki, İranla Rusiya arasında bağlanan müqavilə forması rusların öz sərmayələrini İrandan çıxararaq İraqa aparmalarına şərayit yaradıb.

“Bunun nəticəsində rusların sərmayələrini İranda İraqa köçürdüklərinin və İraqın iranlı mütəxəssisləri 10 qat əmək haqqı təklifi ilə cəlb etdiyinin şahidiyik”,- nəşr yazıb.

“Həmin mihən” qəzeti Rsuyanın 120 milyardlıq sərmayəsinin ölkədən çıxması ilə yanaşı neft sənayesinin yüksək səviyyəli mütəxəssislərinin də ölkəni tərk etmələrinin sürətləndiyini bildirib.

Bununla yanaşı İraqın neft və qaz sahəsində İranın ciddi rəqibinə çevrildiyi, İrana qarşı sanksiyaların götürüləcəyi təqdirdə belə Tehran bu sahə üzrə dünyada əvvəlki yerini tuta bilməyəcəyi qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button