Dünyaİran

İranın İsrailə qarşı yeni kampaniyası gülüş doğurur

İranın İsrailə qarşı kampaniyası sosial media istifadəçilərinin istehzasına səbəb olub.

Buna səbəb İran Təhsil Nazirliyi və hökumətə bağlı qrupların Qəzzaya dəstək məqsədilə uşaqlar arasında “Raket düzəlt” kampaniyası olub.

Aksiyaya qoşulan uşaqlardan İran və Fələstin bayraqlarının rənglərinə boyanmış kağızdan raketlər düzəltmələri və İsrailə doğru havaya atmaları istənilib.

Daha çox uşağı fəaliyyətə qoşulmağa həvəsləndirmək üçün ən çox kağız raket hazırlayan uşaqlara hədiyyələr veriləcək.

Sosial şəbəkələrdə bu kampaniya İranın “İsraili yer üzündən siləcəyik” bəyanatının absurdluğu və hakimiyyətin acizliyi ilə əlaqələndirilir.

#İran #İsrail

Related Articles

Bir cavab yazın

Back to top button