Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Ərdəbilin Qarasu çayında ekoloji fəlakət əhalinin həyatını təhlükəyə salır

Ərdəbilin Qarasu çayının çirkləndirilməsi və yaranan ekoloji fəlakət əhalinin həyatını təhlükəyə salır.

Ərdəbil şəhərindən keçən Qarasu çayı çirkab suları və sənaye tullantıları ilə yenidən çirklənib.

Zəhərli sənaye tullantıları və kimyəvi maddələrin Qarasu çayına axıdılması ilə turşulu maddələrin konsentrasiyası artıb və bu çayın suyu ilə suvarılan əkin sahələrinin məhvinə səbəb olub.

Bununla yanaşı çayın çirklənməsinin ekosistem, ətraf mühit, kənd təsərrüfatı, heyvan növləri və insanlar üçün ciddi təhlükə yaratdığı qeyd olunub.

Savalan dağının ətəklərindən qaynaqlanan 210 kilometr uzunluğundakı Qarasu çayı bölgə kəndlərinin içməli və əkin suyuna olan ehtiyacının təmin olunmasında əhəmiyyətli rol oynayır. Ona görə də çayın çirkləndirilməsi əhalinin həyatını təhlükəyə salır.

Related Articles

Bir cavab yazın

Back to top button