Dünya

Almaniyada COVİD-19 dəhşəti

Almaniyada koronavirusdan gün ərzində ölüm sayı 952 nəfər olub.

Bu, pandemiyanın bütün dövrü üçün maksimum göstəricidir.

Robert Kox İnstitutundan (Almaniya Federativ Respublikası Səhiyyə Nazirliyinin tabeliyində) bildirilib ki, ölənlərin ümumi sayı 23 427 nəfərdir.

Ötən gün ərzində ölkədə 27 728 yoluxma halı qeydə alınıb, pandemiya dövründə ölkənin 1 379 238 sakini arasında koronavirus aşkarlanıb.

İnstitut rəhbəri Lotar Viler Almaniyanın hazırda ən ciddi pandemiya dövrünü yaşadığını deyib.

Çərşənbə günündən etibarən ölkədə ən azı 10 yanvaradək davam edəcək yeni karantin tədbirləri qüvvəyə minəcək.

Related Articles

Bir cavab yazın

Back to top button