İran

Erkən yaşda ərə verilmiş qızın əri onun başını kəsərək küçədə gəzdirdi

Ələhvaz bölgəsində dəhşətli cinayət hadisəsi baş verib.

“Aznews tv”ın xəbərinə görə, fevralın 5-də əhvazlı gənc 17 yaşlı xanımının başını kəsərək küçədə nümayiş etdirib. Bir neçə dəqiqə dırnaqrası nümayişdən sonra cinayətkar gəncin hadisə yerindən qaçdığı bildirilib.

Dəhşətli hadisənin qısqanclıq zəmnində baş verdiyi vurğulanıb.

Əldə edilən ilkin məlumata görə, öldürülən xanım daha öncə Türkiyəyə qaçıb və atası tərəfindən İrana geri qaytarılıb.

Qeyd edək ki, İranda özəlliklə uşaq yaşda ailəsi tərəfindən zorla evləndirilən qızların ərləri tərəfindən öldürülməsi ilə bağlı tez-tez sosial mediada xəbərlər yayılır. Ümumiyyətlə, İran uşaq yaşda qızların zorla ərə verilməsinə görə dünyada ilk sıralarda yer alan ölkələrdən biri sayılır. Nəticə olaraq isə qızlar istəmədiyi insanlarla ya bir ömür yaşamaq ya da qaçıb başqa yerlərə sığınmaq, daha sonra isə bu cür dəhşətli cinayət hadisələrinin qurbanı olmaq taleyini yaşayırlar.

Related Articles

Bir cavab yazın

Back to top button