Dünya

Türkiyədə koronavirus daha 243 nəfərin həyatına son qoydu

Türkiyədə son sutka ərzində koronavirus (COVID-19) infeksiyasından 243 nəfər dünyasını dəyişib. Bu, qardaş ölkədə COVID-19 səbəbindən ölümlə bağlı ən yüksək göstəricidir.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, 27 515 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 17 364, virusa yoluxanların sayı isə 1 955 680 nəfərə çatıb.

Türkiyədə indiyədək 1 721 607 pasiyent sağalaraq evə buraxılıb.

Yerli KİV-in yazdığına görə, Səhiyyə naziri Fahrettin Koca son günlər ölüm sayının çox olduğunu bildirərək, əhalini bu bəlaya qarşı birgə mübarizəyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button