Dünyaİran

Ermənistan İranla bir sıra sahələr üzrə əməkdaşlıq edəcək

Ermənistan İranla elektrik liftrakları, asansor tolidi karxanasının tikintisi ilə bağlı anlaşmalar imzalayacaq. Bunu isfəndin 10-da Ermənistanın Karfərmalar Birliyinin rəisi Təbrizin Bazərqani Otağının məsulları ilə görüşündə deyib. Qaqik Makariyan İranla əkin bölməsi üzrə də həmkarlıqlarını artıracaqlarını vurğulayıb. Qurum rəsmisi parça, paltar, ev əşyaları varid etmələrinə diqqətə çəkib. Bu sahə üzrə İranla əməkdaşlıq edə biləcəklərini deyib. Bundan başqa, Ermənistanın toyuqçuluk üzrə də İranın əməkdaşlığına ehtiyacının olduğu açıqlanıb. Belə ki, Ermənistan dampezeşki və toyuq yemlərinin təmini üzrə İrandan yardım alacaq. “Ermənistandan Avropa ölkələrinə illik 100 milyon dollarlıq paltar sadir olunur. Ölkənin paltartikmə karxanaları və kargahlarının İran parçalarına ehtiyacı var”,-deyə Ermənistanın iş sahibləri Birliyinin rəisi bildirib. Görüşdə əyalətin iqtisadi sahə üzrə fəalları ilə ikili ilgilərin artırılması barədə fikir mübadiləsi aparılıb.

Related Articles

Bir cavab yazın

Back to top button