Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Ermənistan İraqın kürd bölgəsinə mal idxalında Ukraynanı əvəz edəcək

İraqın kürd bölgəsinin İxracatçılar və İdxalçılar Birliyi bura lazımi malları idxal etmək üçün Ermənistanı Ukrayna ilə əvəz etməyə çalışır və bununla bağlı Ermənistanın Ərbildəki baş konsulu ilə danışıqlar aparılıb.

Bu haqda danışan sözügedən birliyin sədri Mustafa Əbdürrəhman bildirib ki, Ukraynada müharibədən və bu ölkədən ixracının dayandırılmasından sonra sözügedən qurum bura tələb olunan malların idxalına alternativ tapmaq üçün Ermənistanla danışıqlara başlayıb.

O, habelə qeyd edib ki, Ermənistan İraqın kürd bölgəsinə lazım olan məhsulları istehsal etmək imkanlarına sahibdir və Ermənistanın Ərbildəki baş konsulu ilə müzakirələrdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı və Ermənistandan idxalın artırılması yolları müzakirə olunub. Əbdürrəhmanın sözlərinə görə, Ermənistanın İraqla ticarətinin 90 faizi kürd bölgəsi ilə həyata keçirilir və ötən il tərəflər arasında ticarət həcmi 190 milyon dollara çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button