Dünyaİran

Ermənistan məktəbində fars dili sinfi açılıb

 Dünən İranın Ermənistandakı səfirliyinin maliyyə dəstəyi ilə İrəvanda əsaslı təmirdən çıxan 61 saylı məktəbdə “Hafiz zalı” və fars dili sinfi açılıb.

Açılış mərasimi İranın İrəvandakı səfiri Mehdi Sübhani və səfirliyin mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhedin iştirakı ilə baş tutub.

Məlumata görə, Mehdi Sübhani Ermənistan hökumətinin məktəblərdə fars dilinin öyrənilməsinə şərait yaratmasını və müəllimlərin fars dilində tədrisini yüksək qiymətləndirərək deyib ki, ölkədə fars dili sinifinin açılması xalqlarımız arasında dostluq əlamətidir.

Fars dilinin tədrisinə dəstəyinə görə İran səfirinə təşəkkür edən məktəbin direktoru Lusin Qriqoryan fars dilini öyrənən şagirdlərin gələcəkdə iki ölkə arasında körpü rolunu oynayacağına, öz bilik və bacarıqlarını İran-Ermənistan əlaqələrinin inkişafına sərf edəcəyinə inandığını deyib.

Açılış mərasimində habelə erməni şagirdlərə fars dili kitabları paylanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button