Dünya

Ermənistanda bir müəllim Paşinyanın qətlinə, ailəsinin yandırılmasına çağırış edib

Ermənistanda orta məktəb müəllimi baş vəzir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı zorakılığa çağırışda ittiham olunur.

Bu barədə məlumat “Datalex.am” məhkəmə bildiriş sistemində dərc edilib.

Cinayət işinin materiallarına görə, təqsirləndirilən şəxs İrəvanın 129 nömrəli məktəbinin tarix müəllimi Akop Qriqoryandır. Onun baş Vəzirin siyasəti ilə razılaşmadığı və fərqli siyasi baxışlarının olduğu qeyd edilir.

Məlumata görə, Akop Qriqoryan 7-ci sinifin şagirdlərinə dərs keçərkən Nikol Paşinyanın öldürülməsinə, ailə üzvlərinin meydanda yandırılmasına çağırışlar edib. Akop Qriqoryana qarşı Ermənistanın keyfəri qanununun 262.2 maddəsi üzrə cinayət pərvəndəsi açılıb.

Bildirməliyik ki, sözü gedən maddədə “zorakılığa ictimai çağırış və zorakılığa ictimai bəraət və ya təbliğatdan ibarətdir.

Cinayət işi üzrə məhkəmə noyabrın 24-də keçiriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button