Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

Almaniya və İslandiya BMT-nin İnsan Haqları Şurasında İranın vəziyyətinin təcili nəzərdən keçirilməsini tələb ediblər

Almaniya və İslandiyanın BMT-dəki səfirləri Cenevrədə bu təşkilatın İnsan Haqları Şurasından noyabrın sonunda İranda insan haqlarının, xüsusilə də qadın və uşaqların ağır vəziyyətini araşdırmaq üçün təcili iclas keçirməyi istəyiblər.

Almaniyanın Cenevrədəki səfiri Katarina Ştaş 40-dan çox ölkənin bu tələbi dəstəklədiyini deyib.

“İnsan Haqları Şurasının son etirazlarda iranlı qadın və qızların vəziyyətini araşdırması vacibdir. Biz öz hüquqlarına etiraz edən cəsur kişi və qadınların yanındayıq”,-deyə, o, bildirib.

Digər tərəfdən, BMT-nin 16 insan haqları eksperti, o cümlədən qeyri-qanuni edamlar üzrə ekspert və İranda insan haqları üzrə xüsusi məruzəçi məktub dərc yazaraq İslam Respublikasından nümayişçilərə qarşı ölüm hökmü ilə nəticələnən ittihamlara son qoymasını istəyib.

Bu məktubda həmçinin İslam Respublikasından “qanuni fikir azadlığı, dinc toplantı və təşkilatlar hüququndan istifadə etdiklərinə və ya dinc hərəkətlərinə görə özbaşına həbs edilmiş bütün etirazçıların” dərhal azad edilməsi tələb olunur.

BMT ekspertlərinin etirazçıların mümkün edam riski ilə bağlı xəbərdarlığı mərkəzi ofisi Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının İranda İslam respublikasına qarşı etiraz edən məhkumlara barədə edam cəzası veriləcəyi təhlükəsi ilə bağlı xəbərdarlığı ilə eyni vaxtda təsadüf edir.

Related Articles

Bir cavab yazın

Back to top button