Azərbaycan

Ermənistan Goranboyda məktəbi və polis şöbəsini atəşə tutdu

Ermənistanın işğalçı silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla raket və artilleriya mərmilərindən Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 08.10.2020-ci il tarixdə saat 06 radələrində rayonun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar tam orta kənd məktəbinə külli miqdarda ziyan dəyib.

Related Articles

Bir cavab yazın

Back to top button