Dünya

Ermənistan parlamentinin binası qarşısında aksiya keçirilib

Ermənistanın paytaxtı İrəvanda parlimanın binası qarşısında etiraz aksiyası keçirilib. Etirazçılar baş vəzir Nikol Paşinyanın istefasını tələb ediblər. Əraziyə çağrılan polis əməkdaşları parlimanın girişini mühasirəyə alıb. Məsələ ilə ilgili “RİA Novosti” bilgi verib.
Xatırladaq ki, artıq uzun müddətdir paytaxt İrəvan da daxil olmaqla Ermənistanın müxtəlif ərazilərində etiraz aksiyaları davam edir. Aksiya iştirakçıları Qarabağla ilgili üçtərəfli bəyanatı imzaladığı üçün baş vəzirin vəzifəsindən istefasını istəyirlər. Bildirək ki, müxalif qüvvələr baş vəzir vəzifəsinə Vazgen Manukyanın namizədliyini irəli sürüblər.

Related Articles

Bir cavab yazın

Back to top button