Dünya

Ermənistan Şərqi Aralıq dənizi ilə bağlı söz haqqına sahib deyil

“Ermənistan Sevr sazişi haqqında yersiz mövqe bildirib. Bundan sonra Şərqi Aralıq dənizi ilə bağlı rəy verməyə çalışmasını növbəti həddini aşma, habelə məsuliyyətsizlik hesab edirik. Burada məsələ Sevan gölü deyil, Şərqi Aralıq dənizidir”. Bu sözləri Türkiyə Xarici İşlər nazirinin sözçüsü Hami Aksoy deyib. O, bildirib ki, Ermənistanın coğrafi olaraq Şərqi Aralıq dənizi ilə heç bir əlaqəsi olmadığı üçün söz haqqına da sahib deyil. “Necə ki, Fransanın, Birləşmiş Ərəb Əmirliklərinin Şərqi Aralıq dənizi ilə heç bir əlaqəsi yoxdur. Bu addım Türkiyəyə qarşı qurulmağa çalışılan növbəti məkrli ittifaqa Ermənistanın da daxil olması təəssüratına əsas verir”,-deyə Aksoy bəyan edib. “ Türkiyə beynəlxalq hüququn tələbləri çərçivəsində Şərqi Aralıq dənizi sahillərində yaşayan Kipr türklərinin hüquqlarını qorumaq üçün qətiyyətlə mübarizəsini davam etdirəcək. Bunun qarşısını heç bir şər ittifaq ala bilməz. Əksini düşünənlər, deməli, tarixdən heç bir dərs almayıblar. Yeri gəlmişkən, bir daha xatırlatmaq istərdik ki, bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq”,- deyə o, vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button