Dünya

Ermənistanda naməlum şəxslər Rusiya sərhədçilərinə hədə-qorxu gəlib

Ermənistan İstintaq Komitəsi naməlum şəxslərin Rusiya sərhədçilərinə hədə-qorxu gəlməsi, həmçinin, Arazdəyəndə erməni-rus dostluğunu əks etdirən plakatı cırması ilə bağlı cinayət işi açıb.

Bu barədə “Sputnik Armenia” agentliyinə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

Onun sözlərinə görə, sentyabrın 26-da saat 17.40-da naməlum şəxslər avtomobillə Rusiya Sərhəd Qoşunlarının müşahidə məntəqəsinə gələrək, növbətçilik xidməti aparan hərbçiləri hədələyib və oradakı plakata zərbə endiriblər.

Bundan başqa, oktyabrın 8-də saat 22.55-də naməlum şəxslər Arazdəyən kəndinin mərkəzində erməni və rus xalqlarının dostluğunun simvolu olan plakatı bıçaqla cırıblar.

Hər iki fakt üzrə Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button