Dünya

Etirazlara dözməyən Boliviya Prezidenti Evo Morales istefa verdi.

 
Boliviya prezidenti Evo Morales istefa verdiyini açıqlayıb. Onunla bərabər vitse-prezident Alvaro Qarsia Linera da vəzifəsini tərk edib..
 
“Biz istefa veririk ki, seçkilərdə uduzan partiya üzvlərinin başlatdığı aqressiya, vətəndaşlar arasında qarşıdurma sonlansın”, – Morales belə deyib.
 
Qeyd edək ki, oktyabrın 20-də keçirilən prezident seçkilərində dördüncü dəfə Ali Seçki Məhkəməsi hazırkı dövlət başçısı Evo Moralesin seçkilərdə qalib gəldiyini elan etmişdi.
 
Onun əsas rəqibi – Karlos Mesa isə Moralesin qələbəsini qəbul etmədiyini bildirmişdi.
 
Evo Moralesin oktyabrın 20-də prezident seçkisində qələbəsindən sonra başlayan və indiyə qədər davam edən etiraz aksiyalarında 380-dən çox insan xəsarət alıb. Bir çox dövlət qurumları həmçinin polislər də etiraz aksiyalarına qoşulub.
 
Son həll edici qərar ölkənin Silahlı Qüvvələr komandanlığı onu ölkədə sabitliyin təmin olunması üçün vəzifədən getməyə çağırması oldu.
 
 
 

Related Articles

Bir cavab yazın

Back to top button