İran

Məhəmmədriza Tacik yoxsulluq və işsizliyin yüksək həddə çatdığını açıqlayıb

İranda Ali İş Şurasının Müzdlər Komitəsinin toplantısı keçirilib. İclasda ölkədəki yoxsulluq və işsizlik səviyyəsinin yüksək həddə çatdığı vurğulanıb. Toplantıda çıxış edən Ali İş Şuranın fəhlələr üzrə nümayəndəsi Məhəmmədrza Tacik bildirib ki, fəhlələrin müzdlərinin yüzdə yüz artırılması belə ölkədə yoxsulluq göstəricilərinin yüksəlməsinə imkan verməyəcək. Məlumata görə, bu addımla vəsaitin ümumi məbləği 5 milyon 200 min tümən olacaq. Bu vəsait isə iqtisadi durumun yaxşılaşdırılmasında əsaslı rol oynaya bilməz.
Qeyd edək ki, İmamın İmdad Komitəsinin təyin etdiyi yoxsulluq xətti 7 milyon tüməndən yüksəkdir.

Related Articles

Bir cavab yazın

Back to top button