Azərbaycanİran

Təbrizli tələbə hərəkatı fəalı həbs edilib

Martın 12-də Təbriz Universitetinin tələbəsi, inşaat mühəndisi Əli Zöhdi həbs edilib.

Gəncin yaxınları polislərin tələbəni mənzilinin qarşısında həbs edərək naməlum yerə apardıqlarını söyləyiblər. Tələbənin həbs səbəbi və harada saxlanıldığı barədə məlumat əldə etmək mümkün olmayıb.

Əli Zöhdi təxəssüsü üzrə çoxsaylı elmi məqalələrin müəllifidir. O, bununla yanaşı, inşaat sahəsi ilə bağlı keçirilən konfranslarda məruzəçi kimi çıxış edib. Zöhdinin sosial mediada tənqidi paylaşımlarına görə saxlanıldığı ehtimal edilir.

#SiyasiMehbus

Related Articles

Bir cavab yazın

Back to top button