Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Fərzad Acori Rusiya Beynəlxalq Fotoqrafiya Müsabiqəsində İkinci yeri tutub

Güney Azərbaycanın Əhər bölgəsinddən olan azərbaycanlı fotoqrafi Fərzad Acori Rusiya Beynəlxalq Fotoqrafiya Müsabiqəsində “İlin ən yaxşı portreti” nominasiyası ilə ikinci yeri qazanıb.

Keçirilən müsabiqədə 174 ölkədən 112 mindən çox fotoqraf iştirak edib.

Fərzad Acorinin fotosu “35 Mükafat” qlobal müsabiqəsində “2024-cü ilin ən yaxşı portreti” nominasiyasında mükafat qazanmışdır. Bu uğur Əhər və Azərbaycanın qədim incəsənət tarixi üçün çox önəmlidir, çünki “şəhər əhalisinin real həyatı ilə təsvirlərin çəkiliş sənətini birləşdirən” əhəmiyyətli foto əsəri ilk dəfə olaraq əhəmiyyətli dünya arenasında belə bir mövqe qazanmışdır.

Qeyd edək ki, sərgidə mükafat qazanmış fotoşəkillər kitab şəklinə salınaraq nəşr ediləcək. Fərzad Acori konseptual portretində Əhərdə qocaman bir dükançının gündəlik hekayəsini çox simvolik və indiyə qədər gördüklərimizdən fərqli şəkildə şərh edir.

Fərzad Acori tanınmış musiqiçi, səs mühəndisi, fotoqraf və kinorejissordur və iyirmi ildən artıqdır ki, “səs və görüntü” ixtisası sahələrində çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button