Dünya

FƏAL QAZMA QURĞULARININ SAYI AZALDI

Amerikada fəal olan neft-qaz qazma qurğularının sayı azalıb.
Bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində Amerikada aktiv neft və qaz qazma qurğularının sayı 17 ədəd azalaraq 284 olub. Bu, son 4 ilin minimum göstəricisidir. Qazma qurğularının sayı ardıcıl 13-cü həftədir ki, azalır. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 677 ədəd geriləyib.
Qazma qurğularının sayı isə 1 ədəd azalaraq 76 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 110 ədəd azalıb. İki qazma qurğusu isə müxtəlif təyinatlı olub.
Qeyd edək ki, Amerikada fəal nəft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Nəftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.

Related Articles

Bir cavab yazın

Back to top button