Azərbaycan

Urmu şəhər stadionunda milli şüarların əks-sədası: “Azərbaycan var olsun, istəməyən kor olsun”

Urmu komandası ilə Əhvaz komandası arasında keçirilən oyunda türkcə milli şüarlar səsləndirilib.

Aprelin 11-i Qərbi Azərbaycan əyalətinin paytaxtı Urmu şəhərinin “Şəhid Bakiri” stadionunda Əhvazın “Fuladi Novin” və Urmunun “90 Urmiya” futbol komandaları arasında keçirilən qarşılaşmada milli şüarlar səsləndirilib.

Urmu komandasının 1-0 qələbəsi ilə başa çatan görüşdə stadionda olan tamaşaçılar fars dilində məcburi təhsilə, türk dilinə qarşı məhdudiyyətlərə, ana dilində təhsil qadağasına, qadınlara qarşı ayrı-seçkiliyə, Güney Azərbaycan iqtisadiyyatı və ətraf mühitinə qarşı laqeydliklərə etiraz ediblər.

Tamaşaçılar, milli-mədəni fəalların səsləndirdikləri şüarlar aşağıdakılardan ibarət olub.

“Haray-haray mən türkəm”
“Azərbaycan qızları-göylərin ulduzları”
“Türk dilində mədrəsə, olmalıdır hər kəsə”
“Urmu gölü can verir, İran onun qətlinə fərman verir”
“Nə Qəzzə, nə Lubnan(Livan), canımdır Azərbaycan”
“Azərbaycan var olsun, istəməyən kor olsun”

Qeyd edək ki, xüsusilə son illər milli-mədəni fəallar müxtəlif yarışlar, tədbirlərdə İranda türk dilinə qarşı qadağalar, müxtəlif sahələrdə uyğulanan ayrı-seçkilik siyasətlərinə qarşı şüarlar səsləndirir, İran hökumətinə etirazlarını bildirirlər.

 

Related Articles

Bir cavab yazın

Back to top button