İran

Nadir Sadiqianın ittihamına məhkəmə baxışı cələsəsi keçirilib.

Dünən səhər Aban ayının 10-u saat 11-də güney azərbaycanlı milli fəal Nadir Sadiqianın ittihamlarına məhkəmə baxışı cələsəsi keçirilib. Xatırladaq ki, cənab Sadiqian Güney Azərbaycan xalqının Əl Əhvaz ərəb xalqına himayəsi gedişində tutuqlanmışdır.

Dünən səhər Aban ayının 10-u saat 11-də güney azərbaycanlı milli fəal Nadir Sadiqianın ittihamlarına məhkəmə baxışı cələsəsi keçirilib. Xatırladaq ki, cənab Sadiqian Güney Azərbaycan xalqının Əl Əhvaz ərəb xalqına himayəsi gedişində tutuqlanmışdır.
Nadir Sadiqiana vurulmuş ittiham, məhkəmənin qazi Rza Fruğinn sədrliyi ilə keçirilmiş 111-ci Cəza Şöbəsində “məcazi məkanda müxabirat sistemlərin vasitəsi ilə əhalini xüşunət göstərməyə qıcıqlandırma və dəvət” olduğu bildirilib. Onun pərvəndəsi üzrə müdafiə vəkilliyini Ədliyyənin birinci dərəcəli vəkili cənab Əsğər Məhəmmədi üzərinə götürmüşdür.
Milli fəal Nadir Sadiqian Təbriz sakinidir. O, 03.06.1400-cü il tarixində İttilaat Baxanlığının məmurları tərəfindən öz iş yerində və hökm olmadan tutuqlanmış və Təbrizin İttilaat İdarəsinə aparılmışdır.
Sadiqiana istintaq mərhələləri bitiriləndən sonra 20.05.1400-cü il tarixində sair milli fəallar Yusuf Sələhşur, Vəhid Əbhəri, Əmir Səttari, Şahin Bərzgər və Məhəmməd Mərdi il birgə Təbrizin Mərkəzi Zindanına köçürülümüş və 3 gün sonra 60 milyon tümənlik vəsiqə qoyuluşu qərarı ilə müvəqqəti azad olunmuşdur.
Bu sabiqəli milli fəal Azərbaycan tarixi və türk ədəbiyyatını tanınmış azərbaycanlı ustadların yanında öyrənmiş və tarixi, ədəbi, eləcə siyasi məsələlər üzrə fikr sahiblərindən biridir.
Habelə cənab sadiqian Azərbaycanın ictimai, fərhəngi və yaşam çevrəsi üzrə məqalələrin müəllifidir.

Related Articles

Bir cavab yazın

Back to top button