Araşdırma & Təhlilİran

Fars milliyyətçiliyinin türk xalqlarına münasibəti

Müəyyən millətin maraqlarını difa edən, o cümlədən həmin millətin öz ölkəsi üzərində müstəqilliyini qoruması anlayışlarını özündə ehtiva edən “milliyyətçilik” zaman və məkandan asılı olmayaraq hər dövr üçün keçərlidir.
Son illərdə qərbdən-şərqə bütün dünyada milliyyətçilik açıq bir şəkildə təbliğ və təşkil olunur. Bu hal özəlliklə etnik köklərin müzakirəyə çıxarıldığı ölkələrdə ifrat həddə çatıb. Belə ki, bir sıra ölkələrdə milliyyətçilik kontroldan çıxaraq, irqçilik və faşizm həddinədək yüksəlir.

Bu xüsusda İranda tüğyan edən fars milliyyətçiliyini misal göstərmək olar. Bu milliyyətçiliyin əsas özəlliyi isə farslar istisna olmaqla, başqa xalqlara düşmən münasibəti bəsləməsi ilə səciyyələnir. Özəlliklə də türk xalqlarına… Bəli, keçdiyimiz günlərdə “Tomris” filmində baş rolu ifa edən Qazaxıstandan olan oyuncu Almira Tursynın sosial media hesablarına edilən fars hücumu bunun bariz nümunəsidir. Qeyd edək ki, 2019-cu ildə Qazaxıstanda ərsəyə gələn ekran işi türk xalqlarının tarixində önəmli rola sahib olan sərkərdə Tomirislə bağlıdır. Güney Azərbaycanda isə bu tarixi şəxsiyyət “Tümrüs” və ya “Tümrüs ana” kimi də adlandırılır.

Rəvayətə görə, fars milliyyətçilərinin simgəsi sayılan Kuruş şahı Tümrüs öldürüb. Hətta Təbriz adının “Tümrüs” ismindən gəldiyi ehtimal edilir. Bu səbəbdən də ekran işi Güney Azərbaycanda geniş marağa səbəb olur. Fars milliyyətçiləri “Tomris” filmində baş obraz kimi çıxış edən qazax oyuncunun “İnstagram” hesabında təhqiramiz ifadələr yazır. Bu filmdən sonra oyunçu sərt tənqidlərə məruz qalır. Baş verənlərdən sonra Almira Tursyn açıqlama yayaraq, heç bir xalqa qarşı qərəzli münasibətinin olmadığını vurğulayır.

Bu olaydan sonra tanınmış siyasətçi Mustafa Taczadə də məsələyə münasibət bildirib. O, yalan məlumat yayaraq oyuncunun İran xalqından üzr istədiyi dilə gətirir.

Bütün bunlar öz millət və irqini hər kəsdən üstün tutan fars milliyyətçiliyindən xəbər verir. Fars milliyyətçiliyi öz varlığını ciddi dərəcədə türk və ərəblərdən yüksək qiymətləndirir. Türklərin min illik hökmranlığından sonra İranda pəhləvilər sülaləsinin hakimiyyətə gəlişi tarixi münaqişənin əsasını qoyur. Müasir tarixdə bütün vətəndaşlıq haqları, hətta tərifi farsları diqqətdə saxlayaraq qələmə alınır. Bununla da rəsmi olaraq fars milliyyətçiliyinin mənfi mövqeyi açıqlanır.

Related Articles

Bir cavab yazın

Back to top button