İran

Məhkəmə Şəhruz Bərzgər barədə qərar çıxardı: Milli fəal cərimə edildi

Oktyabrın 25-də Xuzistan ərəblərinə dəstək aksiyasında iştirak ittihamı ilə saxlanılan təbrizli milli fəal Şəhruz Bərzgərin məhkəməsi olub.

Məhəmmədəli Pirinin başçılığı ilə Təbrizin İkinci Cəza Məhkəməsinin 112-ci bölməsində keçirilən məhkəmə iclasında Şəhruz Bərzgər 5 milyon tümən cərimə cəzasına məhkum edilib.

Məhkəmədə Bərzgər bundan öncə “qanunsuz aksiyaya qatılmaq və qarşıdurma yaradaraq asayiş keçikçilərinə tabe olmamaq” ittihamına görə bəraət alsa da, Əli Məzlumi Yenginin “vəzifə başında olarkən döyülməsi” barədə verdiyi şikayətə görə cərimə olunub.

Şəhruz Bərzgər iyulun 24-də Təbrizdə su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq keçirilən etiraz aksiyası ilə əlaqədar iyulun 25-də təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, 31 iyul tarixində girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Bərzgər bundan öncə 2019-cu ildə də hökumət məmurları tərəfindən saxlanılaraq basqılarla üzləşib və mülki vəsiqə qarşılığında şərti azadlığa buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button