
Bu barədə “Manila Standard” qəzeti məlumat yayıb.
Vulkanın səkkiz kilometrliyində yaşayan sakinlərə təcili evakuasiyaya hazırlaşmaq tövsiyə olunub.
Filippin Xəbər Agentliyinin daha əvvəl xəbər verdiyi kimi, iyunun 11-də başlayan Mayon vulkanının püskürməsi nəticəsində 13,8 min insan təxliyə edilib.
Yerli hakimiyyət orqanları təxliyə edilənləri humanitar yardım, o cümlədən su və ərzaq təchizatı və ilkin tələbat malları ilə təmin etmək üçün təxminən 500 min dollar ayırıb.
Təxminən 2 500 metr hündürlüyü olan Mayon Filippindəki ən aktiv vulkan hesab olunur. Mayonun püskürməsi sonuncu dəfə 2018-ci ilin yanvarında baş verib. (report)