İran

FİTİR BAYRAMINDAN SONRA HANSI SAHƏDƏ BAHALAŞMA OLACAQ?

Tehran-ın Taksirani Sazmanının Rəisi Əliriza Qənnadan Fitir bayramından sonra taksi kirayələrinin yüzdə 23 çoxalacağını bildirib.
Onun dediyinə görə, bu bahalaşma Tehran Şəhər Şurasının Xurdad ayının başından və yüzdə 25lik bahalaşmağa görə aldığı qərardan sonra olubdur.
İSNA Xəbər Ajansının xəbərinə görə, yeni qiymət Tehran fərmandarisində də qəbul edilibdir.
Xatıladaq ki, Aban ayında benzinin bahalaşdığından sonra hardasa İranın hər yerində kirayələr bahalaşmışdı. Sonralar dövlət benzini taksi və maşınla işləyənlər üçün daha ucuzdan verəcəyini açıqlasa da bu yoldan çörəyini qazananlar umumiyyətlə xərclərin artmasından şikayətçiydilər. İndiysə bir daha Tehran kimi yerdə kirayələrin bahalaşması meydana gəlir.

Related Articles

Bir cavab yazın

Back to top button