İran

Urmiyada xanım məhkumların aclıq aksiyası keçirməsinin səbəbi

Mordadın 28-dən başlayaraq Urmunun mərkəzi zindanında saxlanılan 140-a yaxın xanım məhbus aclıq etisabına başlayıb. Bu addımla onların yanında koronavirusa tutulan məhbusların saxlanılması, tibbi xidmətlərin göstərilməməsi və mərizxanaya göndərilməmələrinə etiraz edilib. Məlumata görə, hazırda koronavirusa tutulan ən az dörd xanım məhbus başqa məhbuslarla birlikdə həmin bənddə qalır.
Durumla bağlı məhbusların zindan müdirlərinə müraciətləri indiyə qədər cavabsız qalıb. Murdadın 23-də xəbər ajansları Urmu zindanının xanım bəndində koronavirusun yenidən yayılması ilə ilgili bilgi verib. Bildirək ki, koronavirus İran zindanlarında geniş yayılıb. İran və beynəlmiləl insan haqları təşkilatları zindanlarda tutulan məhbusların həyat və sağlamlığının xətərə məruz qalması barədə dəfələrlə ixtar veriblər. Ancaq İran məqamları məhbusların saxlanma və sağlamlıq şəraitinə heç bir əhəmiyət vermir.

Related Articles

Bir cavab yazın

Back to top button