İran

İrandakı Qaşqay türkləri hökumətin təzyiqləri altında vətənlərini tərk etməyə məcbur qalıblar

İranda yaşayan etnik Qaşqay türkləri öz dədə-baba yurdlarında köçəri evlərinin dağıdılması və köçün qarşısının alınması səbəbindən tarixi torpaqlarını tərk etməyə məcbur qalıblar.

İranın 2 milyondan çox əhalisi olan və ən böyük türk toplumlarından sayılan Qaşqay türkləri son vaxtlar ənənəvi köçlərində ciddi maneələrlə üzləşiblər. Hökumət onları yeni həyat tərzlərini qəbul etməyə və çoxəsrlik mədəniyyətlərindən uzaqlaşmağa məcbur edib.

Onlar əsasən Fars, Kohgiluye və Buyer-Əhməd, İsfahan, Çaharmahal və Bəxtiyari və Buşehr vilayətlərinin yüksək dağlıq ərazilərində yaşayırlar və daha çox maldarlıq və toxuculuqla məşğul olurlar.

İran hökuməti Qaşqay türklərini şəhərlərdə yerləşdirmək və onları dəyişdirmək cəhdlərini davam etdirir. Onların əksəriyyəti şəhərlərdə yaşasa da, əhalinin 10%-i hələ də köçəri mədəniyyətlərini qoruyub saxlaya biliblər.

Related Articles

Bir cavab yazın

Back to top button