AzərbaycanDünyaİqtisadiyyatSiyasət

Fransa İrana qarşı tətbiq edilə biləcək yeni sanksiyalara qarşıdır

Fransa ABŞ-ın İrana qarşı tətbiq edəcək yeni sanksiyaların əleyhinədir.

Aznews.tv-nin RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu Fransanın xarici işlər naziri yanında dövlət katibi Ameli de Monşalen deyib.

“Biz G20 çərçiəvsində ABŞ, Rusiya və Çin liderləri ilə bu istiqamətdə danışıqlar aparmaq niyyətindəyik. Bu sanksiyalar gərginlyin daha da artmasına təkan verəcək”, – deyə o əlavə edib.

Xatırladaq ki, şənbə günü ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların dronunu vurduğu üçün iyunun 24 İrana qarşı yeni sanksiyaların tətbiqi barədə elan edəcəyini bildirib.

İrana qarşı hansı tətbirlərin görüləcəyini dəqiqləşdirməsə də, Tramp onların rəsmi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün məqsədləndiyini qeyd edib.

A.de Monşalen İranda vəziyyətin çox ciddi olduğunu bildirib.

“Hər iki tərəfdən oldquca təhlükəli bəyanatlar səslənir. Hal-hazırda məqsədimiz sülhü qorumaqdır. Fransa heç vaxt irana qarşı hərbi münaqişədə iştriak etməz. Biz hamı ilə müzakirələr aparırıq, balans tapırıq, insidentlərdən qaçınırıq.

Biz hərbi dinamika tərəfdarı deyilik. Bizim dinamikamız diplomatikdir. Buna görə də XİN rəhbərimiz Jan-İv le Drian və prezident Emmanuel Makron G20 sammiti çərçivəsində vəziyyətin sakitləşdirilməsi üçün ciddi müzakirələr aparacaqlar”.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button