Dünyaİran

Fransa: “İranın atom fəaliyyətləri çox təhlükəli həddə çatıb, bir an öncə dayandırılmalıdır”

Fransa Xarici İşlər vəzirliyi oktyabrın 22-də bəyanat yayaraq, İranın atom öhdəliklərini kobud şəkildə pozmasından danışıaraq, Tehranı Uluslararası Atom Enerjisi Ajansı ilə əməkdaşlığa çağırıb.

Fransanın bu bəyanatının yayılması, Amerikanın İran üzrə özəl elçisi Robert Malinin Parisdə üç Avropa ölkəsinin nümayəndələri ilə görüşərək İran məsələsi və bu ölkənin təhlükəli atom fəaliyyətləri ilə bğlı danışıqlar aparması ilə eyni vaxta düşüb.

Bəyanatda deyilir ki, İran öz təhlükəli atom fəaliyyətlərini dərhal dayandırmalı, danışıqlar masası arxasına qayıtmalıdır.

“İranın atom fəaliyyətləri çox təhlükəli mərhələyə çatıb. Hesab edirik ki, İran atom fəaliyyətlərini bir an öncə dayandırılmalı, vaxtı itirmədən Uluslararası Atom Enerjisi Ajansı (MAQATE) ilə tam işbirliyinə yenidən başlamalıdır”, -deyə Fransa Xarici İşlər vəzirliyinin yaydığı bəyanatında bildirilir.

Bəyanatda Robert Malinin üç Avropa ölkəsinin nümayəndələri ilə İranla bağlı apardığı danışıqların ayrıntıları açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button