Dünya

BEŞ HƏFTƏLİK FASİLƏDƏN SONRA AMERİKA SENATI İŞİNƏ BAŞLAYIB

Pandemi səbəbindən iş yerlərini tərk etmiş Amerila senatorları infeksiyonun yayılması ilə bağlı təhlükəyə baxmayaraq, beş həftəlik fasilədən sonra bazar ertəsi günü fəaliyyətlərini tam təşkil ediblər.
Respublikaçıların nəzarətində olan Konqrenin yuxarı otağının müvəqqəti sədri Çak Qrassli iclasın başladığını elan edib.
Senatorlar zalda tibbi mask və əlcəkdə, bir-birindən iki metr aralı əyləşməlidir. Onların üzərinə köməkçilərinin sayını müvəqqəti ixtisar etmək, eləcə də müntəzəm doktor müayinəsindən keçmək öhdəliyi qoyulub. Qanunvericilər çıxış etməzdən əvvəl masklarını çıxarırlar. Ötən beş həftədə Senat təcili qaydada tam tərkibdə yalnız mərizliyin yayılması ilə əlaqədar iqtisadi tədbirlər paketini təsdiqləmək üçün toplaşıb.
Bununla yanaşı, demokratların çoxluq təşkil etdiyi Nümayəndələr otağının qanunvericiləri işə növbəti həftə qayıdacaqlar. Konqrenin aşağı otağının sözçusu Nensi Pelosi bildirib ki, bu qərar baş müalicə doktoru ilə məsləhətləşmələrdən sonra qəbul olunub.

Related Articles

Bir cavab yazın

Back to top button