Dünyaİran

“Axios” saytı İran-Amerika münasibətlərindən yazıb

“Axios” saytı İran-Amerika münasibətlərinə dair son durumu təhlil edib. Belə ki, Amerikanın Prezident Dəftərinin İranda yenidən iş birliyi çabasının üç böyük əngəl ilə üzləşdiyi vurğulanıb. Sayt Amerika rəsmilərinə istinadən bu məlumatı yayıb. Bildirilib ki, birbaşa təmas kanallarının olmaması, İran rəsmiləri arasında liderlik məsələsi və bu ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı mövzular atom anlaşmasının əldə olunmasına əngəl yaradır. “Axios” saytı yazır ki, Amerika hökumətinin əsas öncəliyi İranın atom proqramını çərçivəyə salmaqdır. Ancaq iki ölkə rəsmilərinin hələlik danışıqlar apara bilmədikləri vurğulanıb.
Qeyd edək ki, prezident Co Bayden İranın atom öhdəliklərinə qayıdacağı təqdirdə təhrimlərin ləğv olunacağını açıqlayıb. Bununla da Amerikanın atom anlaşmasına qayıdacağı vurğulanıb. İran rəsmiləri isə dəfələrlə Amerikanın bir sıra rəsmi görüşlərlə bağlı təkliflərinin rədd ediblər.

 

Related Articles

Bir cavab yazın

Back to top button