Azərbaycan

Gənc güneyli musiqiçinin 40 mərasimi keçirilib

Güney Azərbaycanın Xiyav (Meşgin) şəhərindən olan və yanvar ayının 1-i, səhər saatlarında ürək tutmasından həyatını itirən gənc musiqiçi Tohid Noruzinin "40 mərasimi" keçirilib

Təbrizin “Vadi-Rəhmət” qəbristanlığında keçirilən mərasimdə Güney azərbaycanın çox bölgələrindən mədəniyyət xadimləri, milli-mədəni fəallar iştirak edib.

Mərasimdə musiqiçinin məzarı başında müxtəlif Azərbaycan musiqiləri ifa olunaraq onun xatirəsi anılıb.

Qeyd edək ki, bir sıra tanınmış sənətçilərlə, o cümlədən Alim Qasımovla əməkdaşlıq edən gənc musiqiçi İnşaat Mühəndisliyi fakültəsini bitirməsinə baxmayaraq, musiqi sahəsində peşəkar fəaliyyət göstərirdi.

Related Articles

Bir cavab yazın

Back to top button