Dünyaİran

G7: “İran heç vaxt nüvə silahı əldə etməməlidir”

"Böyük yeddilik" (G7) dövlətlər qrupunun iyunun 28-də Almaniyanın cənubunda keçirdikləri üç günlük toplantının sonunda verdiyi bəyanatda "İranın heç vaxt nüvə silahı əldə etməməli olduğu" vurğulanıb.

“Biz İranın heç vaxt nüvə silahı əldə etməməsi ilə bağlı açıq öhdəliyimizi bir daha təsdiqləyirik. Diplomatik həll İranın nüvə proqramını məhdudlaşdırmağın ən yaxşı yoludur”, -deyə bəyanatın İranla bağlı olan hissəsində vurğulanıb.

Qeyd edək ki, bu bəyanat İran, Amerika və Avropa Birliyi nümayəndələrinin nüvə müzakirələrinin bərpası ilə bağlı danışıqlar aparmaq üçün Qətərin paytaxtı Dohaya səfər etdikləri vaxta təsadüf edib.

Related Articles

Bir cavab yazın

Back to top button