İran

G7 ölkələrindən İranda qanunsuz həbslərlə bağlı açıqlama

G7 ölkələrinin dış işləri baxanları Ləndəndə keçirilən toplantıdan sonra açıqlama yayıblar. Açıqlamada İrandan qanunsuz həbs etdiyi xaricilər lə ikili vətəndaşlığı olan məhbusların azad etməsini istəyiblər. Amerika ilə İngiltanın dış işləri baxanları isə yaxın vaxtlarda İranla anlaşma əldə ediləcəyi xəbərlərini danıblar. Bildirək ki, Lubnanın İrana yaxınlığı ilə seçilən “Əl-Məyadin” telekanalı yaxın vaxtlarda Amerika ilə İran arasında anlaşma əldə olunacağını açıqlayıb. Anlaşmanın zindani dəyişməsi, habelə İranın Amerika ilə Britaniyada bloklanmış pullarının bir qisminin qaytarılması ilə bağlı olduğu bildirilib. Ancaq Amerika ilə İran Dış İşləri Baxanlığı tərəfindən yayılan xəbərlər danılıb. Bildirək ki, İran hökuməti dəfələrlə ikili vətəndaşlığı olan iranlıları, xarici ölkə vətəndaşlarını “milli əmniyətə qarşı fəaliyyət”, “casusluq” ittihamları ilə tutuqlayıb. Bəzi hallarda məhbuslardan Batı ölkələri ilə danışıqlarda basqı əbzarı kimi istifadə edib.

Related Articles

Bir cavab yazın

Back to top button