İran

Germidə yas mərasimində milləti seçkilərə çağıran mollaya etiraz edən yas sahibi tutuqlandı

Xordadın 16-da Güney Azərbaycanın Germi şəhərində yas mərasiminin rövzəxanı mollanın şikayəti əsasında vəfat edən şəxsin əmisi oğlu, baznişəstə müəllim İsa Xəbiri həbs olunub.

Yas yerində İranda keçiriləcək seçkilərlə bağlı danışan və əhalini seçkilərdə iştiraka dəvət edən ruhaniyə İsa Xəbiri etiraz edib və onu mövzudan qırağa çıxmamağa çağırıb.

Qısa müddət sonra müəllim İsa Xəbiri mollanın şikayəti əsasında polis məmurları tərəfindən tutularaq Germi şəhər zindanına aparılıb.

Həbs olunan müəllimin ailəsinə yaxın şəxslərdən biri, onun əleyhinə verilən şikayətin “ruhanini təhqir ” iddiası əsasında hazırlandığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button