İran

Gilanda qrip kəskin yayılıb

Son 24 saatda 100 nəfər anfulanza əlamətləri ilə Gilan Ustanının mərizxanalarına yerləşdirilib. Məsələ ilə bağlı Gilan Ustanının Tibb Elmləri Danişqahı məlumat yayıb. Danişqahın Sağlıq İşləri üzrə müavini Abtin Heydərzadənin sözlərinə görə, ötən 1 gündə 100 nəfər anfulanza əlamətləri ilə mərizxanalara yerləşdiriliblər. Belə ki, onlardan 75 nəfərində koronavirus görünüb.
Qeyd edək ki, Sağlıq Vizarətinin məsulları 2 ay öncə şəhrivərdə əhaliyə anfulanza əleyhinə vaksinlərin paylanılacağını bildirib. Mehrin 4-də Sağlıq Vizarətinin Qarşısı Alınan Mərzliklər İdarəsinin rəisi Möhsün Zəhrayi vaksin paylanılmasına mehrin 5-dən başlanılacağını açıqlayıb. Budan 1 ay sonra isə Sağlıq Vizarətinin Dərman və Maddələr İşləri üzrə baş müdiri Heydər Məhəmmədi davaxanalara heç bir növ vaskinin verilmədiyini diqqətə çatdırıb. İranın Talasemi Əncüməninin rəisi Yunis Ərəb də məsələyə münasibət bildirib. O, qeyd edib ki, kasıb bölgələr və ucqar şəhərlərdə talasemi mərizlərinə vaskin çatdırılmayıb. Bildirək ki, Yunis Ərəb bu il anfulanza vaksininin paylanılması üzrə lazımi idarəçiliyin olmadığını deyib.

Related Articles

Bir cavab yazın

Back to top button