İran

Güclü külək Ərdəbildə fəsadlara səbəb olub

Kəskin hava şəraiti Ərdəbil əyalətində fəsadlara səbəb olub. Ərdəbil Əyaləti Böhranın İdarə Olunması Baş İdarəsinin müdiri Fərhad Əbdüləlipur bildirib ki, küləyin sürəti saatda 115 kilometrə çatıb. Güclü külək nəticəsində Germi vilayətinin Moran qəsəbəsində bəzi evlərin dam örtüyü tamamilə uçub, elektrik xətlərinə ziyan dəyib. Nəmin, Xiyav və Germi vilayətlərində elektrikin verilişində məhdudiyyətlər yaranıb. Külək ayrı-ayrı yerlərdə arabir güclənib. Nəticədə şəhər qurğuları, tablolar və bilbordlar yararsız hala düşüb, ağacların budaqları qırılıb, bəzi binaların şüşələri sınıb. Qurum rəsmisi anomal hava şəraiti ilə ilgili əhalini ehtiyatlı olmağa çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button