Ədəbiyyat

GÜL MAYA FEYRUZQIZININ ŞEİRLƏRI

ŞƏHİD BACISIYAM MƏN!,MƏN DƏ ƏSGƏRƏM,"ZƏFƏR GÜNÜ" silsiləsi şeirlərimdən,ZƏFƏR GÜNÜ silsilə şeirlərimdən,

ŞƏHİD BACISIYAM MƏN!
Vətənləşib qəlbimin ayparası,
Ağarıbdır gözlərimin qarası,
Ürəyimdə göynər qardaş yarası,
Şəhid bacısıyam mən!

Çoxdan qaçıb qisasımın yuxusu,
Yoxdur canda daha ölüm qorxusu,
Ümidimə hopub qardaş qorxusu ,
Şəhid bacısıyam mən.

Qeyrət olub əzəl gündən yarağım,
Ümid – qələm,hünər yolun – varağım,
Qisas üçün dalğalanır bayrağın,
Şəhid bacısıyam mən.

Söykənmişəm qardaşın baş daşına ,
Sığal çəkir gözlərimin yaşına,
Vətən,yenə qoy dolanım başına,
Şəhid bacısıyam mən.

&&&&&&&&&&&&&&&&&&&&

MƏN DƏ ƏSGƏRƏM

Əlimdə bayrağım yenilməz qalam,
Qeyrətlə orduma verərəm salam.
Ayaz qardaşımdır, Mübariz balam,
Mən də bu vətənin bir əsgəriyəm!

Gəzdim vətənimin ,dağın həm daşın,
Seyr etdim yurdumun mən hər qarışın,
Oxuyaq birlikdə biz əsgər marşın,
Mən də bu vətənin bir əsgəriyəm.

İnamım, ümidim bağlı torpağa,
Əsgərin önündə neyləyər dığa,
Gedirəm zəfəri qarşılamağa,
Mən də bu vətənin bir əsgəriyəm.

MÜƏLLİF GÜL MAYA FEYRUZQIZI

&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&

“ZƏFƏR GÜNÜ” silsiləsi şeirlərimdən
ŞƏHİDLƏR ÖLMƏZ ANA ,VƏTƏN BÖLÜNMƏZ ANA!

Şəhidəm anacan, mən ,düşməndən aldım qisas.
Bayrağımdır kəfənim, bayrağı köksünə bas.
Cismimi Vətən adlı torpağı qucaqladı.
Ruhum vətən göyünə ucalıb pərvazladı.
Şəhidlər ölməz,ana,
Vətən bölünməz,ana!

Haqq yolunda can qoyub,şəhidliyə ucaldım.
Zəfər çalıb ən yüksək zirvədə yuva saldım.
Rahat ol, anam mənim, cənnətdir xanədanım.
Mən ölmədim ki, ana, dəyişibdir məkanım.
Şəhidlər ölməz, ana!
Vətən bölünməz,ana!

Soyun matəm libasın, al-əlvan geyin, anam.
Oğlunla qürurlanıb, fəxr elə öyün , anam.
Kədərə kölə olub başını əymə önə,
Qürurla dik tut başın, mərdlik yaraşır sənə.
Şəhidlər ölməz, ana!
Vətən bölünməz,ana!

İstəsən şəhidlərin, hünərini görəsən.
Cənnət Qarabağımın, seyrəngahına çıx sən.
Gəz vətən bağların, gül çiçəkdən çələng hör.
Can fəda edənlərin , qəlbini, ruhunu gör.
Şəhidlər ölməz, ana!
Vətən bölünməz,ana!

Sən güləndə mənim də ruhuma hüzur gəlir,
Cənnətin bağlarını min kərə gəzir gəlir.
Gül ki, mənim də ruhum şad olsun gülüşünlə,
Mən ölmədim ki, ana, könlünlə məni dinlə.
Şəhidlər ölməz, ana!
Vətən bölünməz,ana

MÜƏLLİF GÜL MAYA FEYRUZQIZI

&&&&&&&&&&&&&&&&&&&&&&&&&

ZƏFƏR GÜNÜ silsilə şeirlərimdən
ƏBƏDİ ALQIŞ
Vətən torpağında rahat uyuyun ,
Bu torpaq öyünür mərd adınızla,
Ədəbiyyət adlı ömür aldınız,
O iğid ,hünərvər həyatınızla.

Eşqiniz əylənib ,sevginiz yağıb,
Sanki üz- gözünə dağın ,daşın da.
Qeyrət heykəli tək ucalıb indi ,
Adınız millətin qan yaddaşında.

Ey yurd fədaisi ,ərənlər ,ərlər,
Demirəm qızınız,oğlunuz qalıb.
Şəhidlik deyilən uca adınız,
Ədəbiyyət adlı yolunuz qalıb.

Vətənin tarixi ,vətənin yaşı,
Şəhid mezarlarda hər baş daşıdır.
Şəhidlər ölümsüz ömürləriylə,
Vətəni yaşadar yurdu yaşadar.

Vətənin əbədi baharısınız,
Yurda gələ bilməz daha boran ,qış,
Ey vətən uğrunda şəhid olanlar,
Sizin ruhunuza əbədi alqış!

Bir cavab yazın

Back to top button