İran

Zənganda 2 325 yaşlı şəxs sosial yardım ala bilmir

Zənganda 2 325 yaşlı şəxs sosial yardım ala bilmir. Məsələyə Zəngan ustandarisinin sosial və mədəni məsələlər üzrə rəisi Masihullah Soltani aydınlıq gətirib. Belə ki, son 4 ay ərzində ölkənin yaşlı əhalisinin yüzdə 10-nun sosial yardım ala bilmədiyi müəyyənləşdirilib. Zəngan rəsmisi bildirib ki, hazırda sosial yardım almayan şəxslərin ümumi sayı 22 000 nəfər təşkil edir. Onlardan təxminən yüzdə 20-si isə yüksək yaş kateqoriyasına mənsub olan şəxslərdir. Masihullah Soltani bildirib ki, əyalətdə dəstək qurumları tərəfindən yardım alan şəxslərin sayı 110 000 nəfərdir. Onlardan 72 000 nəfərinə tibbi bimə, 17 786 nəfərinə sosial təminat, 19 468 nəfərinə isə başqa qurumlar tərəfindən dəstək və yardım göstərilir.

Related Articles

Bir cavab yazın

Back to top button