“Güney Azərbaycan 44 günlük Qarabağ müharibəsi dövründə” adlı kitab Azərbaycan Respublikasında da dərc edilib. Kitabda 44 günlük Qarabağ savaşı dövründə güney azərbaycanlıların məsələyə yanaşmaları, reaksiyaları və aksiyalarına yer verilib. Kitabın yeni nəşrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Arazı ayırdılar” şeirini oxumasından sonra Güney Azərbaycanda əhali arasında onun təsiri, İran rəsmiləri və mediasının münasibəti əks olunub.