İran

İranda hava çirkliliyindən ölənlərin sayı artıb

İran parlamentinin ekologiya fraksiyasının başçısı Süməyyə Rəfii hava çirkliliyinin artdığı və məsulların bununla bağlı tədbirlər görmədiyini deyib.

O, bu barədə yerli mediaya açıqlamasında bildirib.

“Səhiyyə Nazirliyinin statistikasına görə, ölkədə hər il hava çirklənməsinə görə 27 min ölüm baş verir, bu, olduqca yüksək rəqəmdir”, – deyə Rəfii xəbərdarlıq edib.

Qeyd edək ki, müxtəlif amillərlə yanaşı, ölkədə 6,5 milyon ədəd avtomobilin və 12 milyon motosikletin 90 faizə yaxınının köhnə olması hava çirkliliyinin təhlükəli səviyyəyə çatmasının səbəblərindən biridir.

Son illər İranın paytaxtı Tehran hava çirkliliyi səviyyəsinə görə bir neçə dəfə “dünyanın ən çirkli şəhəri” seçilib.

Related Articles

Bir cavab yazın

Back to top button