Dünya

İranın Türkiyədə İsrail hədəflərinə hücum planının qarşısını alınıb

İsrailin “Kan” telekanalı iyunun 12-də bildirib ki, bu ölkənin təhlükəsizlik qüvvələri İranın İsrailin Türkiyədəki hədəflərinə hücum cəhdlərinin qarşısını alıb.

Məlumata görə, İsrailin təhlükəsizlik rəsmiləri Ankara rəsmilərinə İranən Türkiyə ərazisində İsrail hədəflərinə hücum etmək planı barədə məlumat verib və hücumların qarşısını almaq üçün onlardan kömək istəyib.

“Planlaşdırılan hücumlar Türkiyədə yerləşən İran şəbəkəsi tərəfindən həyata keçirilməli idi”-deyə, “Kan” televizyası qeyd edib.

Xatırladaq ki, İsrailin yüksək rütbəli siyasi və əmniyət rəsmiləri son həftələr Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Azərbaycan və Türkiyə kimi İrana qonşu ölkələrə səyahət edən İsrail vətəndaşlarına qarşı cavab hücumları ehtimalından narahat olduqlarını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button