
Salmas şəhərində yaşayan azərbaycanlı musiqiçi və mədəni fəal Abbas Nikrəvan şəhriyvərin 30-da Urmu Mərkəzi Həbsxanasından 600 milyon Tümənlik girov müqabilində məhkəməyə qədər azadlığa buraxıldı.
Abbas Nikrəvan bu il şəhriyvərin 14-də İran Təhlükəsizlik gücləri vasitəsi ilə Salmada tutuqlanıb, dindirildikdən sonra Urmunun mərkəzi həbsxanasında saxlanılırdı.
Azərbaycanlı fəal məhkəmənin ilkin mərhələsində “İran İslam rejiminə qarşı təbliğat aparmaq”, “ictimai düşüncəni pozmaq ” və “müxalif qruplara üzv olmaq”da ittiham olunub.
Bildirməliyik ki, Nikrəvan mədəni fəaliyyətinə görə əvvəllər bir neçə dəfə tutularaq həbs cəzasına məhkum edilib.
O, 5 juiyə 2018-ci il tarixdə də Babək qalasına yürüşlə bağlı keçirilən mərasimdə tutulub və təxminən bir həftə sonra vəsiqə qarşılığında azad edilib.