İran

Güney azərbaycalı fəallar siyasi məhbus Abbas Lisaniyə dəstək banerləri qurublar

Ərdəbildə yaşayan güneyli fəallar azərbaycanlı siyasi məhbus Abbas Lisaninin sağlıq durumunun ağırlaşmasına etiraz olaraq Ərdəbildəki Qasım Suleymani meydanında və yerüstü piyada keçidlərindən birində banerlər quraşdırmaqla öz etirazlarını bildiriblər.

Onlar Ərdəbil zindanda saxlanılan siyasi məhbus Abbas Lisaniyə dəstək verərək, məhkəmə yetkililərinə və zindanın məsul şəxslərinə, habelə İranın əmniyət güclərinə öz etirazlarını bəyan ediblər.

Banerlərdə Abbas Lisaninin təsviri ilə yanaşı Ərdəbil şəhər dadsitanı Seyid Abdullah Təbatəbainin təsviri və yazı yer alıb. Yazıda deyilir:

“Güney azərbaycanlı siyasi fəal Abbas Lisaninin sağlamlığı təhlükə qarşısındadır. Baş verə biləcək istənilən nəticənin məsuliyyəti Ərdəbil dadsitanı və məhkəmə yetkililərinin üzərinədir”.

Son günlər azərbaycanlı milli fəallar Ərdəbil mərkəzi zindanında Abbas Lisaninin sağlamlıq durumun ciddi narahatdırlar ki, bu da Güney Azərbaycanın bir çox şəhərlərində bununla bağlı vətəndaş etirazlarının artmasına yol açıb.

Xatırladaq ki, Abbas Lisani artıq uzun müddətdir ki, belində disk yırtığı problemindən əziyyət çəkir. Zindanın məsul şəxslərinin isə ona laqeyd yanaşması milli fəalın probleminin daha da böyüməsinə gətirib çıxarıb. İndi onun durmunun yaxşı olmadığı deyilir.

Related Articles

Bir cavab yazın

Back to top button