Azərbaycanİran

Güney Azərbaycan şəhərlərində şagirdlər zəhərlənib

Aprelin 17-də Güney Azərbaycan şəhərləri də daxil olmaqla İranın 12 şəhərində şagirdlərin zəhərlənməsi davam edib.

Təbriz, Urmu, İsfahan, Sənəndəc, Kərəc, Kirmanşah, Mahdəşt, Dezful, Gilan Qərb, Saqqız, Divandərə və Bukan şəhərlərində yüzlərlə orta məktəb şagirdinin zəhərləndiyi bildirilir.

Təbrizin “Asiman” orta məktəbində övladları zəhərlənən valideynlər məktəbin qarşısına toplaşaraq təcili yardım maşınını gözləyiblər. Hadisədən sonra məktəbin direktoru şagirdlərə küçəyə çıxmağa icazə verməyib, valideynlər övladlarının vəziyyəti ilə bağlı məlumat ala bilməmələrinə etiraz ediblər.

Zəhərlənmə ilə bağlı rəsmi açıqlama verilməyib və zəhərlənən şagirdlərin sayı açıqlanmayıb.

İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın ayında Qum şəhərində qeydə alınıb.

Bu günə kimi 28 əyalətin 100 şəhərin 250-dən çox məktəbində 5 mindən çox qız şagird zəhərlənib.

Related Articles

Bir cavab yazın

Back to top button