AzərbaycanDünyaİran

Güney Azərbaycan siyasi təşkilatlarının İran İslam Respublikasının bölgədəki müharibə qızışdıran siyasətləri ilə bağlı bəyanatı

4 Güney Azərbaycan siyasi təşkilatı İran İslam Respublikasının bölgədəki müharibə qızışdıran siyasətləri ilə bağlı bəyanatı yayaıb

Güney Azərbaycan siyasi təşkilatlarının İran İslam Respublikasının bölgədəki müharibə qızışdıran siyasətləri ilə bağlı bəyanatı

Çoxlu meydan oxumalardan sonra nəhayət, İran İslam Respublikası yeni və qanlı regional böhrana start verib və “ağır qisas” iddiası ilə İsrailin milli suverenliyini və BMT Nizamnaməsini açıq şəkildə pozaraq, İsraili pilotsuz təyyarələr və raketlərlə hədəfə aldı.

Bu hücumun hərbi uğuru və ya uğursuzluğu və bəzi mümkün və əvvəlki pərdəarxası qarşılıqlı əlaqə və məsləhətləşmələrdən asılı olmayaraq, görünür ki, 14 aprel şənbə gecəsi baş verən hadisələr, şərtləri dəyişdirə biləcək regional inkişaflarda dönüş nöqtəsi olacaq və Azərbaycan Türk Xalqının və bölgədəki digər xalqların həyatına müxtəlif ölçülərdə böyük təsir göstərəcək.

İran İslam Respublikası rejimi İranda Türk Millətinin milli varlıqlarını məhv etmək siyasətini aparmaqla yanaşı, Güney Azərbaycan torpaqlarını öz bədxah hərbi layihələri və məqsədləri üçün sığınacağa çevirmiş və “PKK” və “Hüseyniyyun” kimi terrorçu təşkilatlarını bu torpaqlara yerləşdirərək Azərbaycanlı Türk Xalqının canını və malını təhdid edir.

Güney Azərbaycan torpaqlarında yeraltı raket düşərgələrinin yaradılması və digər dövlətlərə qarşı istifadə edilməsi və Azərbaycan Respublikası kimi qonşu dövlətlərə qarşı təhdidkar və təxribatçı əməlləri Güney Azərbaycan Türk Milləti üçün qəbuledilməzdir.

Sülh, əmin-amanlıq və başqa xalqlarla dostluq prinsipləri Azərbaycan Türk Xalqının İslam Respublikasından sonrakı azadlıq şəraitində ən mühüm məqsədlərindəndir və Azərbaycan Milli Hərəkatı və onun siyasi təşkilatları aparıcı mübariz qüvvə kimi bu məsələdə daim israrlı olublar.
İslam Respublikasının müharibə qızışdırma siyasəti və digər qeyri-fars xalqların tarixi torpaqlarını başqa dövlətlərə qarşı sui-istifadə etməsi, qanlı böhranlara zəmin yaradır. Buna sübut olaraq “Əli Xamenei” kimi diktatorların Liviyaya, Suriyaya və İraq kimi ölkələrdə yaratdığı böhranları nümunə göstərmək mümkündür.

Biz, Azərbaycan Milli Hərəkatının siyasi təşkilatları olaraq, hesab edirik ki, Milli Hərəkat və Azərbaycan Türk milləti özünü heç bir diktatora qurban verməyəcək, öz milli səadət və rifahı uğrunda milli müqəddəratını təyin etmək hüququ yolunda addımlar atacaq və hər hansı hərbi qarşıdurmada diktatura rejiminin tərəfində yer almayacaq.

Aprelin 13-ü və 14-ü şənbə gecəsi və bazar günü səhər baş verən hadisələrdən əvvəl və sonra İslam Respublikası və bu rejim tərəfdarları məsuliyyət daşıyır.

Güney Azərbaycan Türk Milləti uzun illər Mərkəziyyətçiliyin, daxili müstəmləkəçiliyin, vilayəti-Fiqhin və fars etnosentrizminin əsiri olub.
Güney Azərbaycan, Türklər və biz siyasi təşkilatlar təbii olaraq bu müharibəni qızışdıran rejimə nəinki dəstək vermirik, əksinə biz Azərbaycan Milli Hərəkatının bir parçası və bu hərəkatın siyasi təşkilatları olaraq, bu rejimə öz müharibə qızışdıran siyasətləri ilə millətimizin mövcudluğunu və gələcəyini məhv etməsinə imkan verməyəcəyimizi elan edirik.

Güney Azərbaycanın siyasi təşkilatları olaraq, hər zaman olduğu kimi, Güney Azərbaycanın ərazi bütövlüyünü və milli taleyimizi bütün həssaslıqla müdafiə etmək, Azərbaycan Türklərinin milli maraqlarını qorumaq üçün addımlar atacağımızı bildiririk.

Ümum Azərbaycan Türk Millətindən, xüsusən də silahlı qüvvələrdə olan Türk komandanlar və zabitlərindən kritik günlərdə “diktator”un deyil, Güney Azərbaycan Millətinin və vətənin yanında olması və öz milli hüquqlarını əldə etmək üçün mübarizə aparması gözlənilir.

Əminik ki, Azərbaycan Türk Milləti, Azərbaycan Milli Hərəkatının fəalları və siyasi təşkilatları regionda baş verən hər bir siyasi və hərbi dəyişikliklərdə və qarşıdurmalarda öz tarixi rolunu tədbirli şəkildə və cəsarətlə yerinə yetirəcəklər və bəzi fürsətçi qüvvələrin ərazi fitnəsinə qarşı duracaq və vətənpərvər ruhu ilə fitnələrə müqavimət göstərəcək.

Beləliklə, aşağıdakı siyasi təşkilatlar Milli Hərəkatın bir parçası olaraq, bütün gənclərdən və milli fəallardan bölgədə baş verə biləcək hər hansı dəyişikliklərə qarşı öz birlik və bərabərliklərini qorumağı xahiş edirik.
Azərbaycan Milli Hərəkatının siyasi təşkilatları:
Güney Azərbaycan Demokrat Partisi
(Güney) Azərbaycan Mərkəz Partiyası – AMP
(Güney) Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
(Güney) Azərbaycan Öyrənci Hərəkəti – AZOH

Related Articles

Bir cavab yazın

Back to top button